I Beynəlxalq İctimaiyyətlə Əlaqələr Forumu

0
8446

Hədəfi yaxın edək!

SPİKERLƏR

2018-ci il fevralın 17-18-də Bakıda ilk Beynəlxalq İctimaiyyətlə Əlaqələr Yaradıcılığı Forumu keçiriləcək. Forumun təşkilatçısı PRoloq İnkişaf Mərkəzi və mərkəzin PRoloq (www.proloq.az) online jurnalıdır. Azərbaycan Mətbuat Şurasının dəstəyi ilə gerçəkləşəcək forum həm də “Beynəlxalq PR Assosiasiyası (IPRA) tərəfindən dəstəklənən tədbir” xüsusi statusuna layiq görülüb və “endorsed by IPRA” loqosu ilə gerçəkləşəcək.

Yerli qurumların və dünyanın aparıcı ictimaiyyətlə əlaqələr agentliklərinin marağına səbəb olan forumda yerli mütəxəssislərlə yanaşı, dünyaca məşhur PR kapitanları da çıxış edəcəklər. Spikerlərin siyahısı aşağıda təqdim edilib.

Məqsəd ictimaiyyətlə əlaqələr sahəsində çalışanları bu sahədəki daha yaradıcı təcrübələrlə tanış etmək və yaradıcılığın inkişafına kömək etmək, təcrübə mübadiləsi aparmaq, beynəlxalq əməkdaşlıqlara vəsilə olmaqdır  Forum həm də qarşıdakının inamını qazanmaq, ona təsir etmək, haqqında müsbət fikir yaratmaq, diqqət çəkmək, ünsiyyəti asanlaşdırmaq, özünü  tanıtmaq, əlaqələr qurmaq, nüfuz sahibi olmaq, ətrafdakıların dəstəyini qazanmaq, problemlərdən minumum zərərlə çıxmaq, konfliktləri həll etmək istəyən hər kəs üçün faydalı olacaq.

Forumda təşkil olunan diskussiyalarda PR-ın müasir dünyada və zamanda əhəmiyyəti, reallıqlar, ehtiyaclar, yeniliklər və başqa məsələlər müzakirəyə çıxarılacaq.

Forumda həm də konkret böhran ssenariləri, keyslər və onlara təcrübədə effektivliyini göstərmiş yaradıcı yanaşma metodları müzakirə olunacaq.

Forumun iştirakçılara töhfəsi təcrübə mübadiləsi, dünyanın aparıcı PR mütəxəssisləri ilə ünsiyyət, yeni işgüzar münasibətlərin formalaşdırılması, PR sahəsindəki ən son tendensiyalarla tanışlıq imkanları olacaq.

Foruma PR mütəxəssisləri ilə yanaşı bu sahədə təhsil verən universitetlərin müəllimləri, tədqiqatçılar, alimlər, elm və sənət adamları, tələbələr, bir sözlə yaradıcılığını inkişaf etdirmək və fərq yaratmaq istəyən hər kəs dəvətlidir.

İştirakçılara beyənxalq sertifikat veriləcək.

Yerlər məhduddur. 

İştirak haqqı: 90 manat

Tələbələr və müəllimlər üçün: 75 manat

Qiymətə nahar daxildir.

Qeydiyyat üçün son tarix: 16 Fevral 2018

İştirak etmək üçün: Qeydiyyat – dan keçin.

Spikerlər

PRoqram

Şərh yoxdur

Şərh yaz