PR-çı bildiyini deməyə bilər

0
492

Bart de Vries, Niderland. Beynəlxaq PR  Assosiasiyasının  prezidenti.

25 ildən çoxdur ki, professional kommunikasiya məsləhətçisidir. Hollandiyanın ən böyük sığorta şirkətinin korporativ redaksiya şöbəsində işə başlayıb, ölkənin ilk PR-agentliyi olan HvdM-in baş meneceri, 1999-cu ildən etibarən baş məsləhətçisi olub.

Korporativ kommunikasiya sahəsində ixtisaslaşaraq 2015-ci ilin sonlarından karyerasını təlimçi və məruzəçi olaraq davam etdirir.  Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosiasiyasının (IPRA) prezidentidir. Dünyanın bir çox telekommunikasiya konfranslarında assosiasiyanı təmsil edib.

Cənab, Vries, Siz dünyanın ən önəmli PR təşkilatına rəhbərlik edirsiniz. Belə bir məqama yüksəlmək üçün hansı xüsusiyyətlərə sahiblənmək lazımdır?

IPRA-nın (Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosiasiyası-red.) prezidenti olmaqüçün əsas tələblər azı 5 il ərzində bu qurumda İdarə Heyətinin üzvü kimi iştirak etmək və təcrübə qazanmaq, qurumun    davranış qaydalarına əməldə sadiq olmaq, peşəkar fəaliyyət nümayiş etdirməkdir. Bundan əlavə, prezidentin PR sahəsində böyük təcrübəsi, yüksək insani keyfiyyətləri və təmsilçilik qabiliyyəti olmalıdır.

Rəhbərlik etdiyiniz PR Assosiasiyasının hansı ənənələri var? Siz onları necə inkişaf etdirmisiniz?  Assosiasiyanın PR-ı necə qurulub?

IPRA 1955-ci ildə PR sahəsini peşəkarlaşdırmaq, ictimaiyyətlə əlaqələr təcrübəsini inkişaf etdirmək məqsədilə dünyadakı PR mütəxəssislərini bir araya gətirmək üçün qurulub. Qurum mövcudluğunun ilk 40 ili ərzində PR-in inkişafında böyük rol oynayıb.

Müxtəlif kommunikasiya vasitələri inkişaf edir, internet və sosial media günü-gündən daha geniş imkanlara malik olur.  Bununla  IPRA-nın rolu da müəyyən dəyişikliklərə məruz qalır. Buna baxmayaraq, hazırda ödənişsiz üzvlüklə qlobal olaraq 14500-dən çox peşəkarı birləşdiririk və aktiv online müzakirələrdən geniş istifadə edirik.

Sizcə,    PR-ın PR-a ehtiyacı varmı? Ümumiyyətlə, PR-la bağlı fikirlər niyə şaxəlidir və bu, işinizə necə təsir edir?

 İctimaiyyətlə əlaqələr peşəsi bəzən yanlış anlaşılır və tez-tez yanlış təqdim olunur. Bunun əsas məsuliyyəti elə PRmütəxəssislərinin öz üzərinə düşür. Ümumiyyətlə, hərəkətlərimiz həmişə şəffaf və etik olmalıdır. İşimizin təsiri və ictimai rəylə bağlı məsuliyyətimiz barədə diqqətli olmalı, həqiqət və gerçəkliklərə hörmətlə yanaşmalıyıq. Mütəxəssislər buna riayət edələrsə, PR-çı peşəsi cəmiyyətdəki siyasi, iqtisadi, sosial və mədəni müzakirələrə dəyərli  töhfələr verə bilər.

Öz imicini tam formalaşdırmayan sektor necə olur ki, başqalarının imicini formalaşdırır?

Biz kommunikasiya ilə məşğuluq və insanın yaşaması üçün ünsiyyət çox vacibdir. Səhvlər, anlaşılmazlıqlar və yanlış məlumatlara görə də professional ünsiyyət mütəxəssisləri olaraq biz daha çox qınağa məruz qalırıq. Peşəmiz sürətlə dəyişir və bu dəyişikliklər bəzən işimizin mənasının başa düşülməməsinə, qiymətini almamasına gətirib çıxarır.Ancaq düşünürəm ki, PR-in iki əsas hədəfi olan inam və əlaqələrə sadiq qalsaq,  sektorun nəyə xidmət etdiyi haqda aydın təsəvvür yarada bilərik.

Hansı şirkətlər PR-a daha çox maraq göstərir və ya göstərməlidir? Şirkətlərin PR-a daha çox diqqət etməsi üçün nələr etmək lazımdır?

 İctimaiyyətlə əlaqələr sektoru ilə maraqlanmayan çox az şirkət var. Hər cür təşkilat – hökumət, qeyri-kommersiya, istehsal və ya xidmət sahəsi olsun – xarici (və daxili) dünyası ilə qarşılıqlı faydalı əlaqələri inkişaf etdirməkdə maraqlı olmalıdır. PR bunun üçün çox əlverişlidir. Dünya universallaşdıqca, müəyyən məsələlər daha mürəkkəb hala gəldikcə, şirkətlər davamlı şəkildə dialoq və ünsiyyət saxlamaqla mövcud olmaq və fəaliyyət göstərmək haqqlarını qoruya bilərlər. Bütün sahələrdə ictimaiyyətin etibarı azala-azala gedir. Odur ki,   hansı şirkətin və ya təşkilatın PR-a daha çox ehtiyacı olduğunu söyləmək çətindir.

Ölkənizdəki PR mühiti haqqında nə deyə bilərsiniz? İPRA başqanı kürsüsündən baxanda ölkənizdə PR sahəsi inkişafının hansı nöqtəsindədir?

Hollandiyada PR sektoru çox mükəmməl səviyyədədir. Rəqəmsal agentliklər və yaradıcı qurumlar, bəzi hallarda reklam agentliklərinin PR şöbələri arasında ənənəvi olaraq daimPR sahəsində kimin daha çox nüfuza sahib olması haqqında müzakirələr Hollandiya şirkətlərinin PR şöbələrinin ictimai görüş, ictimai dialoq və müzakirələrə və sosial media ilə bağlı söhbətlərə diqqətlə yanaşmaq kimi vəzifələri var.

 Sizcə,PR şöbələrinin strukturu necə olmalıdır?

Bu, demək olar ki, tamamilə xüsusi vəziyyətdən asılıdır. Ancaq bir şey dəqiqdir. İctimaiyyətlə əlaqələr şöbələrində çalışan mütəxəssislər yüksək səviyyədə təhsil almış, bacarıqlı, yaradıcı və təşəbbüskar olmalı, ictimai məsələləri və mövzuları anlamalıdır.

 PR-ını apardığınız müxtəlif qurumların uğurlarında rolunuz nə qədərdir? Ən təsirli PR kampaniyanız hansı olub? Niyə belə düşünürsünüz?

IPRA-nın prezidenti kimi mən praktikada yüksək keyfiyyətli PR-ı və etik davranışları müdafiə edirəm. Cəmiyyətlərdə informasiya azadlığı tələbini həmişə vurğulayıram. Karyerama baxdıqdaHollandiyanın ilk, ən qədim və ən uzun ömürlü PR agentliyinin baş meneceri, müştərilər üçün etibarlı məsləhətçi və bir çox böhran vəziyyətlərindən çıxmağa yardımçı olmağımla qürur duyuram. Bilirəm ki, illər ərzində səhvlərə də yol vermişəm, amma onlardan dərs də almışam.

PR strategiyası hazırlayarkən nəyə diqqət edirsiniz? Hansı taktikanızın digərlərindən fərqləndiyini düşünürsünüz?

İstənilən PR planı məsələ və ya mövzuya dair möhkəm fikirlərə əsaslanmalıdır. Bu, tədqiqatın vacib olduğunu ortaya qoyur. PR praktikası isə göstərir ki, görülən işlər hər zaman əsas mövzulardakı məlumatlara əsaslanmır. Çünki, məlumat axınları   çox sürətlidir. Xüsusulə internet məlumatları daha çoxdur.

Strategiya həmişə məqsədlərin başa düşülməsindən asılı olur. Mən bunu”əlaqələr və maneələr” adlandırıram. İzləyiciləri əlaqələndirən nədir və bu yolda maneələr hansılardır? Bunları anlayandan sonra taktika öz inkişafında yaradıcılıq mərhələsinə gəlib çatır. Bəzən yanlış anlaşılsa da, yaradıcılıq əslində bir intizam məsələsidir.

PR kampaniyasının hədəfə çatıb-çatmadığını necə ölçürsünüz?

Hər bir PR planı, proqramı və ya kampaniyasınınməqsəd və təbiətindən asılı olan bir neçə metodologiya var. Biz təşkilati və ya biznes məqsədlərinə çatmağın nəticələrinin ölçülməsi barədə danışırıq. “Məqsədə çatmaq” müxtəlif cür başa düşülə bilən bir anlayışdır. Bir xəbər məhdud dövriyyəyə və ya məhdud ziyarətçiyə malik bir vasitədə nəşr olunduqda, onu nə qədər insanın gördüyünü, oxuduğunu və ya eşitdiyini necə bilirik? Kampaniyanın gedişinə və arzuolunan dəyişikliklərin nəticələrinə diqqət yetirilməlidir. Bu ölçmə daha mürəkkəb və ya bəzən bahalı olur, amma faktiki olaraq PR-ın dəyərini sübut etmək üçün yeganə yoldur.

PR fəaliyyətində hansı çətinliklərlə üzləşirsiniz?

PR fəaliyyətinin başlıca problemi işin əslində icra ediləcəyi mərhələ ilə bağlıdır. Bu mərhələ çevik, günümüzdə deyildiyi qıvraq olmalıdır. Dünyamız və biz fəaliyyət göstərən cəmiyyətlər elə sürətli dəyişir ki, biz PR kampaniyalarnı keçmiş günlərdəki kimi beş illik plan şəklində hazırlaya bilmərik, dövrü izləmək, şərh etmək, uyğunlaşmaq və irəli baxmaq lazımdır.

PR-çı üçün professionallıq düsturu nədir? Peşakar PR-çı olmaq nə qədər vaxt alır?

Birincisi, işə yaxşı təhsil ilə başlamaq lazımdır. Məlumat əldə etməyi bacarmaq, PR nəzəriyyəsi ilə gündəlik təcrübəni davamlı şəkildə uyğunlaşdırmağı öyrənmək mühümdür. İkincisi, insanbaşqalarının dünyasını öyrənməyə maraqlı olmalıdır. Maraq olmadan öyrənmək mümkün deyil. Üçüncüsü, insan cəsarətli olmalı, riskli addımlar atmaqdan qorxmamalıdır. Heç bir dəyişiklik həmişə eyni və təhlükəsiz şəkildə davam etmir. Dördüncüsü, başqalarını başa düşmək və hiss etmək lazımdır. Beşinci, etik normalara riayət etmək lazımdır. Bunlar PR peşəkarına lazım olan xüsusiyyətlərdir. Ekspert olmaq üçün təcrübə lazımdır və PR sektorunda  bir və ya iki sahədə ixtisaslaşmış bir çox  mütəxəssis var. PR böhranı öyrənmək üçün bir nümunədir. Amma ümumilikdə deyə bilərəm ki, bu xüsusiyyətlər və ya ixtisaslaşma ilə yanaşı, yaxşı mütəxəssisi təcrübə və görülən işlərdən zövq alma bacarığı formalaşdırır.

PR-çılar ən çox harada səhvə yol verirlər?

Səhvlərlərin əsas hissəsi PR fəaliyyətinə önəm verilməməsi və ya az önəm verilməsi ilə bağlıdır. Səhvlər həmçinin PR-çıların hər cür  problemi kommunikasiya ilə həll etməyin mümkün olduğunu düşündüyü zaman yaranır.

 Şirkətlər PR-çıdan daha çox SMM axtarışına çıxıb. Sizcə, PR strategiyasına söykənməyən SMM nə dərəcədə təsirlidir?

Geniş strategiyaya əsaslanmayan və ya onun bir hissəsi olmayan heç bir fəaliyyət effektiv ola bilməz.

Sizcə, hazırda PR sahəsində hansı  problemlər var?

Peşənin etibarı. Bəzilərinin etik olmayan davranışlarına görə bizə güvən azalıb. Yaradıcılıq qabiliyyətinin olmaması da problemdir. Yəqin ki, digər peşə sahələri də ortabablıqla mübarizə aparır, amma PR-da biz bununla daha çox üzləşirik.

 PR kampaniyasının zərərləri nələr ola bilər?

Təbiətcə etik olmayan bir PR kampaniyası qısa və uzun müddət davam etməsinə baxmayaraq zərər veri

Yaxşı və pis PR fəaliyyətlərinə hansı kampaniyaları nümunə göstərərdiniz?

IPRA hər il Qızıl Dünya Mükafatları ilə müxtəlif PR kampaniyalarını mükafatlandırır. Bunlar fərqlənən və qeyd olunmağa layiq olan kampaniyalardır. Pis kampanyalara gəldikdə, mən onları unutmağa üstünlük verirəm.

Hər hansı hadisənin PR olub-olmamasını necə bilmək olar?

Mənim fikrimcə, söylədiyiniz və ya etdiyiniz hər şey PR-dır.

Qlobal problemlərin həllində PR-ın təsiri nə qədərdir?

Yoxsulluğun aradan qaldırılmasından tutmuş qlobal istiləşməyəvə immiqrasiya problemlərinə qədər istənilən məsələni həll etmək üçün etibara və ünsiyyətə ehtiyacımız var.

Sizcə, jurnalist və PR-çı üçün informasiya yükünün  fərqi nədədir?

Baxmayaraq ki, əksər jurnalistlərmənimlə razılaşmayacaq, əslində, elə çox fərq yoxdur. PR mütəxəssisləri həqiqətə və faktlara söykənsələr, bu fərqlərin daha da az olacağını düşünürəm. Böyük fərq, zamanlama məsələsidir. Jurnalistikanın məqsədi, haqlı olaraq, xəbərləri mümkün qədər tez əldə etməkdir. Mediadan cəld davranmaq tələb olunur. PR peşəkarları üçün vaxt fərqli roldadır. Bunun strateji əhəmiyyəti ola bilər. PR- çıların ictimaiyyətə söylədikləri və davranışları həqiqətə əsaslanmalıdır, lakin onlar həmişə bildikləri hər şeyi söyləmək məcburiyyətində deyillər.

 Deyirlər ki, özü haqqında fikir formalaşdırdığı üçün əslində hər kəs PR-çıdır. Siz necə düşünürsünüz?

Sosial mediada praktiki olaraq hər kəs özünün PR-çısıdır. Qeyri-real və birtərəfli olsa da, biz özümüzün ideallaşdırılmış versiyamızı təqdim etməyə çalışırıq. Amma bu bizim haqqında danışdığımız PR Peşəkar PR-çı qlobal bir sektorda çalışan, təcrübələrə, davranış qaydalarına, nəticələrə dair məsuliyyətlərə əsaslanaraq çalışan biridir.

PR-n gələcəyi ilə bağlı nələr söyləyərdiniz?

İctimaiyyətlə əlaqələrin gələcək potensialı hər zamankından daha böyükdür.  Lakin bu gələcəyi qurmaq üçün PR özünü ənənəvi media əlaqələrindən yüksəkdə tutmağı bacarmalı, xidmət etdiyi məqsədlər və əldə etdiyi nəticələr üçün  məsuliyyət daşımalıdır. Biz inamın azaldığı bir dünyada yaşayırıq. PR isə inamla bağlıdır. Biz müsbət dəyişiklik üçün əsas tələbin ünsiyyət olduğu bir dünyada yaşayırıq. PR ünsiyyətdir. Biz mürəkkəbliyi artan bir dünyada yaşayırıq. PR mürəkkəbliyi anlamaqdır. Beləliklə, PR üçün böyük potensial var. Bu potensialı reallaşdırmaq üçün xüsusiyyətlər, bacarıq və təcrübə tələblərini əhatə etmək yaxşı olardı.

 

PRoloq.az

 

Şərh yoxdur

Şərh yaz