Satışa çıxarılan PR deyil

0
559

Bəzi məhsulların insan sağlamlığı üçün zərərli olduğu məlumdur. Görəsən, alış-veriş məkanları buna nə dərəcə diqqət edir? Mağazalar belə məhsulların satışından imtina edirmi?  Etməlidirmi? Belə məhsulların satışı onların reytinqinə necə təsir edir?

Bu suallar ətrafında bir neçə PR-çı ilə söhbət etdik.

“Araz” Supermarketlər Şəbəkəsinin PR meneceri Elvin Babayev suallarımıza cavab olaraq bildirdi ki, şəbəkə müştəri məmnuniyyətinə önəm verərək daima satışda olan məhsulların keyfiyyətli olmasına diqqət edir, istehsalçılardan aldığı məshsulların dövlət standartlarına uyğunluğunu təsdiq edən sertifikatlar (gigyenik, uyğunluq və digər standartlar) tələb edir.

PR mütəxəssisi İlham Yusifov isə zərərlilik anlayışının nisbi olduğunu bildirdi. “Kimin üçünsə siqaret zərərlidir, başqa birisi onun faydalı olduğunu, yəni stressi atmağa  kömək etdiyini düşünür. Ona görə də kiminsə “filan market niyə araq satır?” deməsi düzgün mövqe deyil. Zərərli məhsulun istehsalı supermarketin birbaşa məsuliyyəti də deyil.

Mən həmişə sağlam həyat tərzinə uyğun bilmədiyim məhsul və xidmətləri pisləyirəm. Amma bu mənim şəxsi mövqeyimdir. Sabah mağaza açsam, bu mövqeyi qorumağa çalışacağam. Yəni istənilən bir sahibkar zərərli məhsuldan imtina edə bilər, amma kimsə onu buna məcbur edə bilməz.

Maraqlı ola bilər: Seçimlərimizi həzz idarə edir

Məhsul istehsalına müvafiq dövlət qurumları lizensiya verirlər. Əgər sübut olunsa ki, müəyyən məhsulun insan sağlamlığı üçün birbaşa təlükəsi var, onun isthesalı dərhal dayanar. Supermarket də bütün məhsulları istehsalçıdan sertifikatını gördükdən sonra qəbul edir. Fərqli müştərilərin ehtiyaclarını qarşılamaq mağazaların da marağındadır.

Həm də bu ticarətdir. Təklif olunur, istəyən alacaq, istəməyən almayacaq. Ona qalsa, bütün qazlı içkilər birbaşa olmasa da, dolayısı ilə insan sağlamlığına ziyandır. Onda gərək kafe və restoranlar fəaliyyət göstərməsin”.

Həmsöhbətimiz qeyd etdi ki, reytinqini yüksəltmək istəyən obyektlər  yerləşdiyi əraziyə su çəksə, yolu düzəltsə, imkansız ailələrin uşaqlarının təhsili üçün xeyriyyə aksiyası edib onlara pal-paltar, məktəb ləvazimatları ilə təmin etsə daha yaxşı olar.

Maraqlı ola bilər: Brendsənmi?

“Bazarstore” mağazalar şəbəkəsinin PR və marketinq meneceri Günay Novruzqızı suallarımıza cavab olaraq bəyənilməyən məhsulların satışdan çıxarıldığını, amma bununla bağlı məlumatı dəqiqləşdirməli olduğunu dedi.  Daha sonra isə əlaqə yaratmaq cəhdlərimizə cavab vermədi.

PRoloq.az

Şərh yoxdur

Şərh yaz