Reytinq tələbə sayı ilə ölçülmür

0
368

Təhsil eksperti Nadir İsrafilovun sözlərinə görə, qlobal təhsil reytinqlərində beynəlxalq elmi jurnallara xüsusi diqqət yetirilir. İşlənmiş dissertasiya mövzuları təhsilin imicinə təsir edir. Bəs ölkəmizdə bununla bağlı vəziyyət necədir?

Nadir İsrafilov beynəlxalq elmi jurnalların təhsilin imicinə təsirindən danışarkən qeyd edir ki, dünyada təhsil reytinqlərində  əsas dəyərləndirmə kriteriyalardan biri beynəlxalq standartlara cavab verən elmi jurnallardır. Reytinqlərdə ön sıralarda yer almaq istəyənlər buna xüsusi diqqət edir, elmi jurnalları ilə tanınmağa çalışırlar. Reytinq bizdəki kimi tələbə sayı ilə ölçülmür. “Biz öncə respublika daxilində ciddi elmi jurnalların çapına nail olmalıyıq.

Maraqlı ola bilər: Brendsənmi?

Alimlərə öz sözlərini demək üçün məkan yaradılmalıdır. Bundan sonra beynəlxalq jurnallar haqqında düşünmək olar. Düzdür, xarici dillərdə elmi jurnallarımız var. Amma jurnalın xarici dillərdə çapı onun beynəlxalq elmi jurnal olması demək deyil. Belə jurnalar beynəlxalq elmi standarlara nə dərəcə cavab verir? Xarici elm adamlarının fikirləri burada nə dərəcə yer alır? Hansı beynəlxalq təhsil assosiyasiyaları tərəfindən dəstəklənir? Jurnaldakı məqalələrə nə qədər istinad olunur? Bu və digər suallara cavab müsbətdirsə, beynəlxalq elmi jurnaldan danışmaq olar.   Əgər təhsilin imicini müsbətə doğru dəyişmək istəyiriksə, bu haqda mütləq düşünməliyik”.

Maraqlı ola bilər: “Türkcell”-in məşhur sloqanının azərbaycanlı müəllifi

AMEA Mərkəzi Elmi Kitabxanasında ayrıca dissertasiya və avtoreferatlar şöbəsi var. Bununla belə, təhsil eksperti Nadir İsrafilovun fikirincə, ictimaiyyət əsasən  elmi əsərlərdən xəbərsizdir. Onun sözlərinə görə, yerli elmi jurnalların olması bu sahədə də çox işə yaramır. Digər xarici ölkələrdəki kimi dissertasiyaları online olaraq əldə edib oxumaq mümkün olsa, bu, təhsilin imicinə müsbət təsir edəcək. “Çünki bu şəffaflığa, elmin təbliğatına səbəb olacaq. Elmə marağı artıracaq. Rəqabət formalaşdıracaq. Həm də elmi əsərlərdə plagiatın qarşısını nisbətən kəsəcək. Ali Attestasiya Komitəsinin saytında bəzi avtoreferatlarla tanış olmaq olur. Bəzi universitetlərin saytında da ümumi disertasiyalarla tanış olmaq mümkündür. Amma bu kifayət deyil. Elmin PR-ı da mütləq təşkil edilməli, elmi əsərlər müzakirəyə çıxarılmalıdır”.

Maraqlı ola bilər: Hansı sloqandan gəlmisən?

Başqa sahələrdə olduğu kimi, elmin də ictimaiyyətlə əlaqələrinin qurulmasına böyük ehtiyac duyulduğu göz qabağındadır. Bu elm sahəsində görülən işlərin tanınması ilə yanaşı, elmin inkişafına da təkan verər.

PRoloq.az

Şərh yoxdur

Şərh yaz