Paltaryuyan məktəblər

0
863

Hər gün təmiz paltarlar geyinmək imkanını adi bir hal kimi qəbul edə bilərik. Amma ABŞ-da aparılan bir araşdırma göstərib ki, bu, məktəb yaşında uşaqlar üçün ciddi problem səviyyəsindədir. Hətta bu problemin psixoloji təsirləri o qədər güclüdür ki, nəzərəçarpacaq  qədər sayda məktəblinin təhsilini yarıda buraxmasına səbəb olur.

Belə ki, 2016-cı ildə bununla bağlı keçiriən anket sorğusunun nəticələrinə görə, ABŞ-da yaşayan  hər 5 uşaqdan biri müntəzəm olaraq təmiz paltar geyinə bilmədiyinə görə, dərsdən qalır. Bu da hər gün 4000-dən çox uşağın təhsilində fasilə yaranması deməkdir. Təhsilini bu səbəbdən yarımçıq qoymuş məktəblinin işsiz qalma riskinin təhsilinə davam edənlərə nisbətən 40 faiz, həbsə girmə ehtimalının isə 8 qat daha çox olduğu təsbit edilib.

Maraqlı ola bilər: Övladınız oyuncağına bənzəyəcək

Bu böyük ictimai problemi bütün xırdalıqları ilə ortaya qoyan araşdırma məişət əşyaları istehsalı ilə məşğul olan Whirlpool şirkətinin diqqətini cəlb edib. Təmiz paltar geyinmək şansı az olan şagirdlərin təhsil həyatına davam etməsinə dəstək məqsədilə marka “CareCounts” adlı layihə gerçəkləşdirməyə başlayıb. Layihə çərçivəsində ölkənin müxtəlif yerlərində məktəblərə paltaryuyan maşınlar yerləşdirilib. Paltaryuyan maşınları işə salmaq üçün məktəblilər hər dəfə sistemə şəxsi məlumatları daxil etməli olublar. Bununla da həm məktəblilər təmiz paltarlara qovuşmaq imkanı qazanıblar, həm də onların məktəbə davamiyyətinə nəzarət olunub.

Layihə son dərəcə müsbət nəticələr verib. “CareCounts”un həyata keçirildiyi  məktəblərdə damiyyət 90 faizdən də çox olub. Şagirdlər əvvəlki ilə nisbətən məktəbə təxminən 15 gün çox gəliblər. Özlərinə inamlarının artması nəticəsində məktəblilərin sinifdəki aktivlikləri 89, sinifdənxaric sosial tədbirlərdə iştirakı 95 faizə qədər yüksəlib. Ümumilikdə 47 məktəbdə yerləşdirilən paltaryuyan maşınlarda 14000 dəfədən çox paltar yuyulub. 1000-dən çox məktəb isə “CareCounts” proqramına qoşulmaq üçün müraciət edib.

Maraqlı ola bilər: Qırmızı qırmızı deyil

Whirlpool şirkətin bu korporativ sosial məsuliyyət layihəsi “Cannes Lions” 2017 adlı müsabiqədə “Creative data” kateqoriyası üzrə qalib olaraq mükafat qazanıb. Katoqoriya əldə olan məlumatlardan yaradıcı istifadə etmək bacarığını dəyərləndirir. Şirkət də sosial faydaya aparılmış araşdırmaların nəticələrindən bacarıqla yararlanmaqla nail olub.

PRoloq.az

Şərh yoxdur

Şərh yaz