Fransada Mc Donald’s yoxdur

0
341

Əyləncə məzmunlu Buzfeed saytının araşdırması nəticəsində bəlli olub ki, dünyaca məşhur brendlərin adları müxtəlif ölkələrdə fərqli tələffüz edilir. Belə ki, sayt Facebook istifadəçilərindən Mc Donald’s, Disney, Google, Coca Cola brendlərinin adlarını öz dillərində tələffüz edərək video çəkmələrini istəyib.  Layihə çərçivəsində Çin, Fransa, İlaliya, Yunanıstan və s. ölkələrindən olan  şəxslər brendlərin adlarını öz dillərində söyləyiblər. Məlum olub ki, yuxarıda qeyd edilən brendlərin adları  hər ölkədə müxtəlif cür səslənir. Məsələn, Mc Donald’s Çin dilində “maydano”, fransız dilində isə “megdona” kimi tələffüz olunur. Google ərəb dilində “quqıl”, polyak dilində isə “gogle” kimi səslənir. Coco Cola-ya danimarkalılar “kole” deyirlər və s.

Adın tanınması uğurlu kommunikasiya üçün əsas amillərdən biri olsa da, göründüyü kimi, ən tanınmış markanın adı belə müxtəlif ölkələrdə fərqli səslənə bilir.

PRoloq.az

Şərh yoxdur

Şərh yaz