UBER qazancından narazıdır

0
161

UBER 2017-ci ilin birinci rübündə 700 milyon dollar ziyana düşüb. Taksi sifarişi xidməti 2017-ci ilin birinci rübündə 3,4 milyard dollar qazanıb. The Wall Street Journal-ın şirkətin hesabatlarına əsasən yazdığına görə, bu 2016-ci ilin son rübündəkindən 18 faiz çoxdur. Yanvardan marta qədər şirkətin  düşdüyü ziyan 708 milyon dollar olub. Bu əvvəlki kvartaldakından 250 milyon dollar az olsa da, şirkət maliyyə direktoru Qautam Quptu işdən kənarlaşdırdığını elan edib. İyunda onun San-Fransiskoda başqa bir texnoloji şirkətdə işə başlayacağı bildirilir.

PRoloq.az

Şərh yoxdur

Şərh yaz