Tualet də PR-a xidmət edə bilər

0
529

Normal bir insan həyatının 4200 saatını tualetdə keçirir. Tualet kağızı istehsalı ilə məşğul olan şirkətlər də bunu nəzərə alaraq tualeti daha əyləncəli yerə çevirməyə çalışırlar. Xarici mətbuatın yazdığına görə, belə şirkətlərdən biri bulmaca həvəskarları üçün Sudoku tualet kağızı hazırlayıb.  Bu kağızı adi tualet kağızlarından fərqləndirən cəhət ondan ibarətdir ki,  kağızın üzərində sudoku həll etmək olar. Kağızın hər parçasında fərqli bulmacalar var.

Başqa bir şirkət isə tualetdən istifadə edərkən idman etmək üçün Tualet golfu hazırlayıb. Konsentrasiyanın yüksək olduğu bir yer olaraq dəyərləndirilən ayqyolunda istifadə olunan Tualet Golf dəstində bu idman növündən zövq almaq üçün lazım olan bütün aksesurlar var.

PRoloq.az

Şərh yoxdur

Şərh yaz